Yuri Syomin istefa verib
Futbol
- 25 sentyabr, 2021
- 11:08
Rusiyanın "Rostov" komandasının baş məşqçisi Yuri Syomin istefa verib.
"Report" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qərar klub rəhbərliyi ilə görüşdə qəbul olunub.
74 yaşlı mütəxəssislə əməkdaşlığa uğursuz nəticələrə görə son qoyulub.
Qeyd edək ki, "Rostov" cari mövsümdə ölkə çempionatında keçirdiyi 8 oyunun yalnız 1-də qələbə qazana bilib. 4 qarşılaşmada uduzub, 3 dəfə heç-heçə edən komanda hazırda 6 xalla 16 klub arasında 15-cidir. Syomin bu ilin avqustunda "Rostov"un sükanı arxasına keçmişdi.
Təcrübəli mütəxəssis 2013/2014 mövsümündə "Qəbələ" klubuna da başçılıq edib.
Son xəbərlər
14:33
Pezeşkian: Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq
Region14:25
ABŞ-ın blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi İran limanına çatıb
Region14:16
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
Region14:02
Çimərliklərdə güclü külək olacaq
Ekologiya13:55
Sosial şəbəkələr deyil, nəzarətsizlik uşaqları təhlükəyə aparır - RƏY
Sosial müdafiə13:49
Foto
Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Daxili siyasət13:44
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
İnfrastruktur13:41
Orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirilib - YENİLƏNİB
Elm və təhsil13:33
Foto