Yurgen Klopp "Barselona"da baş məşqçi postuna əsas namizəddir
Futbol
- 27 oktyabr, 2021
- 05:13
İspaniyanın "Barselona" klubu növbəti mövsüm üçün baş məşqçisini dəyişdirməyi planlaşdırır.
"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, hazırda İngiltərə "Liverpul"unun sükanı arxasında olan Yurgen Klopp Kataloniya təmsilçisində bu posta əsas namizəddir.
Klub rəhbərliyi indiki mövsümün keçid xarakteri daşıdığını düşünür. Hazırkı baş məşqçi Ronald Kumanın isə 2022-ci ildə başa çatacaq müqaviləsi yenilənməyəcək.
İspaniya nəhəngi növbəti il baş məşqçi və hücumçu problemini həll etmək niyyətindədir. Komandanın sabiq futbolçusu Xavi də namizədlərdən biridir, lakin əsas prioritet Kloppdur.
"Barselona" almaniyalı mütəxəssisə təklif göndərmək üçün mövsümün sonlarını gözləyəcək.
Son xəbərlər
15:07
Azərbaycanda soyuducu anbarların tutumu ilə bağlı hədəflər açıqlanıb
ASK15:05
Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev əməliyyat olunub
Futbol15:02
Qəbələ və Salyanda torpaqların konsolidasiyası üçün kəndlər müəyyənləşib
ASK15:02
Çin ABŞ və İranı eskalasiyanı dayandırmağa çağırıb
Digər ölkələr14:59
Ermənistan qaz təchizatında Azərbaycan, İran və Türkmənistana ümid bəsləyir
Region14:54
Münaqişələrdən doğan köçkünlük – günahkarların sərtləşən miqrasiya siyasəti - ŞƏRH
Analitika14:50
Azərbaycanda lazerli maladan istifadə edən fermerlər əlavə subsidiya alacaq
ASK14:49
Azərbaycan millisi FIFA reytinqində iki pillə geriləyib
Futbol14:49