Yunanıstanda danışılmış matçlarda ittiham olunan 28 nəfər bəraət aldı
Futbol
- 28 yanvar, 2021
- 11:36
Yunanıstanda danışılmış futbol matçlarında iştirakda şübhəli bilinən 28 nəfər bəraət alıb.
"Report" "sport24" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı apellyasiya məhkəməsi qərar verib.
2012 - 2015-ci illərdəki oyunlarla bağlı məhkəmə prosesi 6 il davam edib. Bəraət alanlar arasında Yunanıstan Futbol Federasiyasının sabiq prezidenti Giorqos Sarris, "Olimpiakos" klubunun keçmiş rəhbəri Vangelis Marinakis, "Veriya" komandasının sabiq rəhbəri Giorqos Arvanitidis, həmçinin yüksək çinli məmurlar, hakimlər, məşqçilər və futbolçular da var.
Qeyd edək ki, Yunanıstan futbolunda daha əvvəl də rüşvət qalmaqalı yaşanıb. 2011-ci ildə UEFA-nın açıqladığı hesabatda sözügedən ölkədə 40-a yaxın danışılmış oyun qeydə alındığı bildirilib.
Son xəbərlər
20:22
İranda toqquşmalarda təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı ölüb
Region20:02
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Hadisə19:44
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Digər ölkələr19:33
İranın təhlükəsizlik qüvvələrinin əməkdaşları idmançını güllələyərək öldürüb
Region19:12
Şamaxıda zəlzələ olub
Hadisə18:52
Azərbaycan Basketbol Liqasının XII turunda daha bir matç keçirilib
Komanda18:45
Foto
Qusarda keçirilən beynəlxalq dağ xizəyi turniri başa çatıb
Fərdi18:41
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Region18:36