Yüksək Qızlar Liqasında yeni mövsümün püşkü atılıb
- 03 oktyabr, 2025
- 10:34

AFFA-nın bayrağı altında təşkil edilən Yüksək Qızlar Liqasında 2025/2026 mövsümünün püşkü atılıb.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurumun inzibati binasında keçirilən püşkatma mərasimində ilk olaraq AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edərək, turnirə qatılan komandalara uğurlar arzulayıb.
Daha sonra AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva çempionatın reqlamenti ilə bağlı məlumat verib.
AFFA Yüksək Qızlar Liqasında ötən mövsümlə müqayisədə komanda sayı iki dəfə artırılıb. 12 klubun iştirakı ilə təşkil olunacaq çempionat iki dövrədən ibarət – ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək. AFFA Yüksək Qızlar Liqasında I turun oyunları oktyabrın 9-12-si aralığında keçiriləcək.
I tur
"Qəbələ" – "Araz-Naxçıvan"
"Sabah" – "Şəfa"
"Baku Juniors" – "Zaqatala"
"Sumqayıt" – "Təhsil"
"Dirçəliş" – "Liman"
"Neftçi" – Ümid" (Gəncə)