Xosep Qvardiola türkiyəli futbolçunu komandasında görmək istəyir

Futbol
  • 21 oktyabr, 2025
  • 11:01
Xosep Qvardiola türkiyəli futbolçunu komandasında görmək istəyir

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Türkiyə millisinin futbolçusu Arda Güləri komandasında görmək istəyir.

"Report" "Defensa Central"a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "şəhərlilər"in maraq dairəsinə düşüb.

Premyer Liqa klubu İspaniya təmsilçisi "Real"da çıxış edən gənc oyunçunu heyətinə qatmaq imkanını nəzərdən keçirir. Xosep Qvardiola Arda Gülərin transferini şəxsən istəyib.

İspaniya nəhəngi artıq açıq şəkildə bəyan edib ki, potensial alıcıların təklif etdiyi məbləğdən asılı olmayaraq, futbolçu komandanı tərk etməyəcək.

Qeyd edək ki, Arda Gülər 2023-cü ildə "Fənərbağça"dan transfer olunub. O, cari mövsüm bütün turnirlərdə "Real" forması ilə 11 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti