"Xəzər Lənkəran" - "Qəbələ" matçlarının stadionu və başlama saatı müəyyənləşib
Futbol
- 02 dekabr, 2014
- 08:37
Bakı. 2 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu futbol üzrə Topaz Premyer Liqasının XV turunda "Qəbələ" komandası ilə keçirəcəyi oyunların stadionunu müəyyənləşdirib. Klubdan "Report"a verilən məlumata görə, həm əsas, həm də əvəzedici komandalar arasındakı görüş Bakıdakı "Bayıl Arena"da baş tutacaq.
Əsas komandalar dekabrın 7-də saat 17:00-da, əvəzedicilər isə bundan bir gün tez - saat 14:00-da üz-üzə gələcəklər. Cənub təmsilçisini bu addıma "Xəzər Lənkəran" Mərkəzi stadionunun ot örtüyündə aparılan təmirdən sonra yağışlı hava şəraitində sıradan çıxma təhlükəsi vadar edib.
Qeyd edək ki, daha öncə Lənkəran komandası "Neftçi" ilə Premyer Liqanın XIII tur matçını da Bakıda keçirib. Oyun "Dalğa Arena"da təşkil olunub.
Son xəbərlər
13:22
Zelenski: Ukrayna Rusiya ərazisindəki logistika mərkəzlərinə və neft bazasına zərbələr endirib
Digər ölkələr13:18
Lavrov və Rubionun görüşü sabah olacaq
Digər ölkələr13:15
Altay diyarında güclü külək 70-ə yaxın evin damını zədələyib
Region13:14
Konstitusiya Məhkəməsi Palatasının iclasında Baş Prokurorluğun sorğusuna baxılıb
Hadisə13:09
VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşib
Elm və təhsil13:06
Foto
Cəbrayıl və Qazax rayonlarında qolf üzrə tanıtım təlimləri keçirilib
Fərdi12:57
Foto
"AccessBank" Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi
Maliyyə12:54
Foto
"Report"un əməkdaşları AZAL-ın intellektual yarışında qaliblər sırasında olub
İnfrastruktur12:47