"Xankəndi"nin qapıçısı: "Quba" üzərində qələbə bizə xüsusi motivasiya verdi"

Futbol
  • 15 sentyabr, 2025
  • 12:19
Xankəndinin qapıçısı: Quba üzərində qələbə bizə xüsusi motivasiya verdi
Şahin Zəkiyev

Azərbaycanın II Liqa klubu "Xankəndi"nin II turda "Quba" üzərində qazandığı qələbə kollektivə xüsusi motivasiya verib.

Bunu "Report"a açıqlamasında bölgə təmsilçisinin qapıçısı Şahin Zəkiyev deyib.

O, qələbə seriyasını davam etdirməyə çalışacaqlarını vurğulayıb:

"Qələbələr bizim üçün çox əhəmiyyətlidir. Çempionata yaxşı start vermişik. İlk turda "Dinamo"nu, ikinci oyunda "Quba"nı 4:0 hesabı ilə məğlub etdik. "Quba" üzərində böyükhesablı qələbə bizə fərqli motivasiya verdi. Çünki rəqib çempionluğa oynayan komandalardandır, yaxşı kollektivləri, məşqçiləri var. Ən önəmli məsələlərdən biri də iki oyundur qol buraxmamağımızdır. Bu, bütün komandanın zəhmətinin nəticəsidir. Müdafiəçilərimiz hər iki turda gözəl performans göstəriblər. Əsas məqsədimiz birlikdə mübarizə aparıb, qələbə seriyasını davam etdirməkdir".

Qeyd edək ki, II turdan sonra "Xankəndi" 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti