Xabi Alonso "Real" azarkeşlərinə müraciət edib
Futbol
- 13 yanvar, 2026
- 15:47
İspaniyanın "Real" klubundan göndərilən Xabi Alonso azarkeşlərə müraciət edib.
"Report" xəbər verir ki, mütəxəssis sosial şəbəkə hesabı vasitəsilə bu komandaya rəhbərlik etməyin şərəf və böyük məsuliyyət olduğunu bildirib.
"Bu peşəkar mərhələ başa çatdı və hər şey istədiyimiz kimi alınmadı. "Real"ı çalışdırmaq şərəf və böyük məsuliyyət idi. Kluba, oyunçulara və hər şeydən əvvəl azarkeşlərə – bütün madridistlərə inam və dəstəyə görə təşəkkür edirəm. Hörmət, minnətdarlıq və əlimdən gələni etdiyim üçün qürur hissi ilə gedirəm", - X.Alonso vurğulayıb.
Qeyd edək ki, yanvarın 12-də istefaya göndərilən Xabi Alonsonu "Kral klubu"nda Alvaro Arbeloa əvəzləyib.
Son xəbərlər
07:07
DÇ-2026: Misir İranla oyunda hesabı açıb - YENİLƏNİR
Futbol07:07
İran ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib
Region07:00
DÇ-2026: Yeni Zelandiya - Belçika matçı start götürüb
Futbol06:47
Çin ABŞ-yə Tayvanla bağlı ciddi xəbərdarlıq edib
Digər ölkələr06:44
Aleks Baena Uruqvay - İspaniya oyununun ən yaxşısı seçilib
Futbol06:40
Kabo Verde - Səudiyyə Ərəbistanı oyununun ən yaxşı fubolçusu Deroy Duarte olub
Futbol06:14
İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq
Region06:01
DÇ-2026: İspaniya Uruqvayı məğlub edərək qrupunu birinci sırada bitirib - YENİLƏNİB-4
Futbol06:01