Vinisius Juniorun "Real"dan ayrılmaq istəməsinin səbəbi bəlli olub
Futbol
- 28 oktyabr, 2025
- 09:26
Braziliya millisinin futbolçusu Vinisius Juniorun İspaniyanın "Real" klubundan ayrılmaq istəməsinin səbəbi bəlli olub.
"Report" xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
İddiaya görə, 25 yaşlı vinger Madrid təmsilçisi ilə vidalaşmağı ciddi şəkildə düşünür.
O, komandaya verdiyi töhfələrin qiymətləndirilmədiyini düşünür, baş məşqçi Xabi Alonso ilə münasibətləri də getdikcə gərginləşir.
Vinisius ispan mütəxəssisin oyun planlarına uyğun gəlmir. Tərəflər arasında münaqişə "Barselona"ya qalib gəldikləri (2:1) La Liqanın X turunun oyunu zamanı daha da şiddətlənib.
Qeyd edək ki, 2018-ci ildən "Real"da çıxış edən futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalıdır.
Son xəbərlər
06:08
KİV: ABŞ Silahlı Qüvvələri İrana qarşı çox həftəlik hərbi əməliyyata hazırlaşır
Digər ölkələr05:46
Alimlər BMT-ni kasıb ölkələrdə kütləvi aclığa yeni təsnifat verməyə çağırıblar
Digər ölkələr05:17
ABŞ-nin NATO-dakı nümayəndəsi ölkəsinin bu əsrdəki strateji rəqibinin adını açıqlayıb
Digər ölkələr04:51
Tramp: ABŞ və Avropa ölkələri Qrenlandiya ilə bağlı danışıqlar aparır
Digər ölkələr04:26
Fransa ilk dəfə Almaniya ilə nüvə silahının qarşısının alınmasında əməkdaşlığı planlaşdırır
Digər ölkələr04:02
Tramp İranda rejim dəyişikliyini hadisələrin ən yaxşı ssenari hesab edir
Digər ölkələr03:39
KİV: Parisdə jandarmlara bıçaqla hücum edən şəxs xəstəxanada ölüb - YENİLƏNİB
Digər ölkələr03:24
ABŞ İranın uranı zənginləşdirmək imkanını saxlamasını istəmir
Digər ölkələr02:47