"Vilyarreal" "Qarabağ" üzərində qələbə ilə öz rekordunu yenilədi
Futbol
- 01 noyabr, 2020
- 05:43
UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ" üzərində səfər qələbəsi İspaniya "Vilyarreal"ı üçün əlamətdar hadisə ilə yadda qalıb.
"Report" xəbər verir ki, bu, La Liqa təmsilçisinin bütün dövlərdə avrokuboklarda ən yaxşı startı kimi tarixə düşüb.
İndiyədək qrup mərhələsinin ilk 2 matçında heç vaxt ardıcıl qələbə qazanmayan komanda ən yaxşı halda 4 xal toplaya bilib.
Həmçinin, "Vilyarreal" bu nəticə ilə avrokuboklarda məğlubiyyətsiz səfər oyunları seriyasını 12-yə çatdırıb.
Qeyd edək ki, "Qarabağ" İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda baş tutan qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzub.
Son xəbərlər
17:16
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb - YENİLƏNİB
İnfrastruktur17:09
Bakıda 17 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Hadisə17:02
Cevdet Yılmaz: Türkiyə Venesuela xalqının yanında olmağa davam edəcək
Region16:56
Ermənistan‑Gürcüstan sərhədində 5 kilometrlik növbə yaranıb
Region16:40
Britaniyada "Formula-1" Qran-prisinin 100 illiyi münasibətilə xatirə sikkəsi buraxılacaq
Formula 116:29
Polisə quldurluqla bağlı yalan məlumat verən taksi sürücüsü saxlanılıb
Digər16:26
Foto
Voleybol hakimliyinə yeni cəlb olunan şəxslər üçün növbəti seminar keçirilib
Komanda16:07
Tibbi-meteoroloji proqnoz açıqlanıb
Sağlamlıq15:52