"Vilyarreal"ın futbolçusu: "Qarabağ"a qarşı matç asan olmadı"
Futbol
- 30 oktyabr, 2020
- 05:12
İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Alfonso Pedraza UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı paylaşım edib.
"Report"un məlumatına görə, 24 yaşlı cinah oyunçusu "Twitter"də matç barədə fikirlərini bölüşüb.
90 dəqiqə meydanda olan ispaniyalı oyunçu qələbə qazandıqları üçün sevindiyini bildirib: "İkiqat xoşbəxtəm. Qarşılaşma asan olmadı. Amma bu şəkildə qələbə qazananda daha çox zövq alırsınız".
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir.
Son xəbərlər
09:00
Premyer Liqa: Turun sonuncu oyununda "Sabah" "Qəbələ"ni qəbul edəcək
Futbol08:56
Rusiya aktivlərinin Ukrayna üçün müsadirəsinə qarşı çıxan Aİ ölkələrinin adları açıqlanıb
Digər ölkələr08:55
DİN-dən vətəndaşlara çağırış: Bir mesajla aldadır, kliklə pulunuzu oğurlayırlar
Hadisə08:46
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb - YENİLƏNİB-2
Digər ölkələr08:34
Serbiya polisi Belqradda iğtişaşların 37 iştirakçısını saxlayıb
Digər ölkələr08:12
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:11
ABŞ lideri Rusiya-Ukrayna müharibəsini bir neçə aya bitirə biləcəyini söyləyib
Digər ölkələr07:39
Tramp: Netanyahu Fələstin dövlətini tanımağa razı olacaq
Digər ölkələr07:22