Veteran futbolçumuz reanimasiyadan çıxarıldı
Futbol
- 14 yanvar, 2021
- 09:34
Azərbaycanın koronavirusa yoluxmuş veteran futbolçusu Qəhrəman Əliyevin səhhəti müsbətə doğru dəyişməkdədir.
Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Əliyev artıq reanimasiyadan çıxarılaraq, ümumi şöbəyə yerləşdirilib: "Əvvəl heç bir reaksiyası yox idi, indi isə irəliləyiş müşahidə edilir. Artıq bəzi yüngül, daha çox duru yeməkləri qəbul etməyə başlayıb".
Qeyd edək ki, Qəhrəman Əliyev Masallıda özəl klinikada müalicə alır. O, daha əvvəl Bakıda müalicə olunurdu. Əliyev "Viləş" (Masallı), "Şəmkir" komandalarında baş məşqçi, "Bakı" klubunda isə köməkçi məşqçi vəzifəsində çalışıb.
Son xəbərlər
08:58
Mərdəkan qəsəbəsinin bir hissəsində işıq olmayacaq
Energetika08:52
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.12.2025)
Maliyyə08:50
Şəmkirdə mikroavtobus kanala aşıb, xəsarət alanlar var
Hadisə08:38
Cinpin Fransanı "dünya yol ayrıcında olduğu bir vaxtda" məsuliyyət nümayiş etdirməyə çağırıb
Digər ölkələr08:23
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:20
Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb
Region07:55
ABŞ Senatına Venesuelaya güc tətbiq olunmaması tələbi ilə qətnamə təqdim edilib
Digər ölkələr07:28
KİV: Yaponiya-Çin-Cənubi Koreya sammiti Tokio və Pekin arasındakı münaqişəyə görə təxirə salınacaq
Digər ölkələr06:50