Vaqif Sadıqov: "AFFA Fernandu Santuşu istefaya göndərməklə düzgün addım atıb"

Futbol
  • 08 sentyabr, 2025
  • 13:44
Vaqif Sadıqov: AFFA Fernandu Santuşu istefaya göndərməklə düzgün addım atıb
Vaqif Sadıqov

AFFA Fernandu Santuşu millinin baş məşqçi postundan istefaya göndərməklə düzgün addım atıb.

Bunu "Report"a açıqlamasında qurumun Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Mütəxəssis bunun gözlənilən qərar olduğunu söyləyib:

"Həm son oyunlarda, həm də ümumiyyətlə, ilk gündən indiyə qədər Fernandu Santuşun fəaliyyəti AFFA rəhbərliyini qane etmirdi. Heç də bizdən güclü olmayan İslandiyaya məğlubiyyət isə səbr kasasını daşırdı. Ümid edək ki, bundan sonra atılan addımlar Azərbaycan futbolunun xeyrinə olacaq. AFFA düzgün addım atdı. Daha dözməyin və gözləməyin yeri yox idi".

Qeyd edək ki, Fernandu Santuş ötən ilin iyununda Azərbaycan millisinin baş məşqçi postuna təyin olunmuşdu. Portuqaliyalı mütəxəssislə müqaviləyə bu gün qarşılıqlı şəkildə xitam verilib.