Valdas Dambrauskas: "Qəbələ" təhlükəli rəqibdir"
- 10 mart, 2026
- 22:20
"Qəbələ" komandası təhlükəli rəqibdir.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının XXIII turunun "Qəbələ" ilə oyunsonrası mətbuat konfransında deyib.
Mütəxəssis böyükhesablı qələbəni şərh edib:
"Komandamı təbrik edirəm. Meydanda çox yaxşı və düzgün reaksiyalar göstərdilər. Rəqib haqqında da xoş sözlər demək istəyirəm. "Qəbələ" təhlükəli rəqibdir. Ola bilər ki, kubokdakı 120 dəqiqəlik oyunun yorğunluğu onlara təsir etmişdi. İlk hissədə çox yaxşı çıxış etdik. Qollar vurduq və fasilədən sonra da bu tempi qorumağa çalışdıq. Oyun ərzində üstün tərəf biz idik. Bu qarşılaşmanı artıq geridə qoyuruq. Üç gün sonra "İmişli" ilə oyunumuz var".
Qeyd edək ki, "Sabah" - "Qəbələ" oyunu ev sahiblərinin 7:1 hesablı qələbəsi ilə bitib.