Uruqvaylı futbolçu İspaniya klubuna keçib
Futbol
- 03 fevral, 2026
- 10:04
İtaliyanın "Latsio" klubunun 34 yaşlı uruqvaylı yarımmüdafiəçisi Matias Vesino karyerasını "Selta"da (İspaniya) davam etdirəcək.
"Report" İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli oyunçunun müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
M.Vesino cari mövsümdə iştirak etdiyi 14 matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda "Selta" 33 xalla La Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, futbolçu daha əvvəl formasını geyindiyi "İnter"in heyətində İtaliya çempionu, kuboku və Superkubokunun qalibi olub.
Son xəbərlər
07:15
BVF Ukraynaya 690 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Digər ölkələr06:38
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5278-ə çatıb
Digər ölkələr06:24
CENTCOM İrana növbəti zərbələr dalğasının başa çatdığını bildirib - YENİLƏNİB
Digər ölkələr05:52
Pentaqon: İrana zərbələrin bərpasından sonra təxminən 100 ABŞ hərbçisi xəsarət alıb
Digər ölkələr05:12
SEPAH Bəhreyndə ABŞ-nin "Patriot" HHM sisteminin məhv edildiyini açıqlayıb
Digər ölkələr04:44
UKMTO: Hörmüz boğazının Oman sahillərində naməlum mərmi gəmini vurub
Digər ölkələr04:10
Rodri "Real Madrid"ə keçmək niyyətindədir
Futbol03:41
"Haluk Levent işi"nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib
Region03:04