Ukraynalı deputat "Dinamo" - "Şaxtyor" matçından sonra döyülüb
Futbol
- 07 oktyabr, 2021
- 13:06
Kiyev "Dinamo"su ilə Donetsk "Şaxtyor"u arasındakı Ukrayna Premyer Liqasının X tur oyunundan sonra insident baş verib.
"Report" "Strana.ua" saytına istinadən xəbər verir ki, "Olimpiya" stadionundakı görüş başa çatdıqdan sonra iki azarkeş Kiyev Şəhər Şurasının deputatı Mixail Nakoneçnını döyüblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, millət vəkilinə xəsarət yetirən şəxslər hadisə yerindən qaçıblar. Nakoneçnı isə tibbi müayinə üçün xəstəxanaya göndərilib. Cinayətin üstü hələ də açılmayıb.
Qeyd edək ki, "Dinamo" - "Şaxtyor" matçı qolsuz heç-heçə ilə yekunlaşıb.
Son xəbərlər
13:02
Rəhman Hacıyev: "Neftçi"dən ayrılanda futboldan küsmüşdüm, karyeramı bitirmək istəyirdim" - MÜSAHİBƏ
Futbol12:56
İtaliya İrandakı diplomatik heyətinin bir hissəsini geri çağıracaq
Digər ölkələr12:51
Foto
Özbəkistandan Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb
Sağlamlıq12:49
Ukraynaya əlavə qaz alışı üçün 85 milyon avro veriləcək
Digər ölkələr12:49
MN-in Tibbi Sənədlər Arxivinin rüşvət almaqda təqsirləndirilən sabiq rəisinin məhkəməsi başlayıb
Hadisə12:47
ARDNF-nin investisiya strategiyası: Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycanın maliyyə qalxanı - TƏHLİL
Analitika12:47
Foto
Azərbaycan və Avstriya mütəxəssisləri insultun müasir müalicəsini müzakirə edib
Sağlamlıq12:42
"Qəbələ" futbolçusu ilə yollarını ayırdığını açıqlayıb
Futbol12:37
Foto