Ukrayna millisinin qapıçısı Azərbaycan yığması ilə matçdakı nəticəni biabırçılıq adlandırıb
Futbol
- 10 sentyabr, 2025
- 09:20

Ukrayna millisinin qapıçısı Anatoli Trubin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə heç-heçə (1:1) etdikləri oyunun nəticəsini biabırçılıq adlandırıb.
"Report" xəbər verir ki, 24 yaşlı qolkiper bu barədə qarşılaşmadan sonra yerli "Tribuna" nəşrinə açıqlama verib.
O, bunun çox pis nəticə olduğunu hesab edib:
"Hansı təəssüratlar ola bilər? Məncə, biabırçılıqdır. Çünki belə matçlarda qalib gəlmək, bu cür zəif rəqibləri məğlub etmək lazımdır. İrəliləmək istəyiriksə, qələbə qazanmalıydıq. Hər kəs bu barədə fərdi düşünməlidir. Növbəti təlim-məşq toplanışı həlledici olacaq".
Qeyd edək ki, Azərbaycan yığması ilk matçda İslandiyaya (0:5), Ukrayna isə Fransaya (0:2) məğlub olub.
Son xəbərlər
13:28
Foto
Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
Daxili siyasət13:27
Bu il Naxçıvanda sənaye istehsalı 19 %-dən çox artıb
Sənaye13:23
Foto
Gəncədə asfalt çəkən texnika maşının üzərinə aşıb
Hadisə13:22
Dohaya hücumla bağlı İslam ölkələrinin fövqəladə sammiti keçiriləcək
Digər ölkələr13:21
Naxçıvanda əsgər ölümündə ittiham olunan Samir Həziyev və Aydın Quliyev azadlığa buraxılıb
Hadisə13:21
Naxçıvanda orta aylıq əməkhaqqı 6 %-dən çox artıb
Maliyyə13:20
Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı ilə bağlı yenilik
İKT13:18
Naxçıvan iqtisadiyyatı 5 % böyüyüb
İnfrastruktur13:14