Ukrayna - Azərbaycan oyununun hakimi daha əvvəl "Qarabağ"ın avrokubok matçını idarə edib

Futbol
  • 13 oktyabr, 2025
  • 11:39
Ukrayna - Azərbaycan oyununun hakimi daha əvvəl Qarabağın avrokubok matçını idarə edib

Avstriyalı FIFA referisi Sebastyan Qishamer üçüncü dəfə Azərbaycan komandasının matçını idarə edəcək.

"Report"un məlumatına görə, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna - Azərbaycan görüşünə təyinat alan hakim daha əvvəl "Qarabağ" klubunun və U-21 millisinin oyununda iş başında olub.

Bu gün 37 yaşını qeyd edən ədalət təmsilçisi 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında söz sahibi olub. Həmin görüş çexlərin 5:0 hesablı qələbəsi ilə bitib.

Qishamer daha sonra, 2023-cü ildə "Qarabağ"ın səfər qələbəsinə şahidlik edib. Həmin vaxt Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində İsveçin "Hakken" klubunu minimal hesabla üstələyib - 1:0.

Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti