UEFA Ronalduya qarşı intizam işi açıb
Futbol
- 18 mart, 2019
- 11:18
UEFA İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronalduya qarşı intizam işi açıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna 34 yaşlı hücumçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə İspaniya "Atletiko"sunu 3:0 hesabı ilə məğlub etdikləri matçda etdiyi qeyri-etik hərəkətlər səbəb olub.
Portuqaliyalı forvard qarşılaşma başa çatdıqdan sonra Madrid təmsilçisinin azarkeşlərinə qarşı xoşagəlməz jest edib.
Məsələyə martın 21-də baxılacaq.
Qeyd edək ki, "Yuventus" ilk görüşdə 0:2 hesabı ilə uduzduğu "Atletiko"nu cavab matçında Kriştianu Ronaldunun "het-trik"i sayəsində üstələyib. İlk matçda "Atletiko"nun baş məşqçisi Dieqo Simeone eyni hərəkəti edib və 20 min avro məbləğində cərimələnib.
Son xəbərlər
09:52
Yulian Naqelsmann Almaniya yığmasının baş məşqçi postundan ayrılıb
Futbol09:52
Ramin Məmmədov Özbəkistanda keçiriləcək I Beynəlxalq İslam Forumunda iştirak edəcək
Xarici siyasət09:46
"AzerGold" ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Sənaye09:45
Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb
Energetika09:43
Perişiç Xorvatiya millisində dünya çempionatlarında ən çox qol vuran futbolçu olub
Futbol09:42
Kiyevdə Rusiyanın zərbələri nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb
Region09:40
Foto
"Azərsun Holdinq" "Qafqaz Konserv Zavodu"na media tur təşkil edib
Biznes09:37
Konqoda Ebola virusundan 447 nəfər ölüb
Digər ölkələr09:25