UEFA "Qarabağ"ın qapıçısını fərqləndirib
- 10 dekabr, 2021
- 11:42

UEFA Konfrans Liqasında çıxış edən klubların 4 qapıçısı fərqləndirilib.
"Report"un yarışın rəsmi tviter səhifəsinə istinadən məlumatına görə, onların arasında "Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev də var.
"Dörd əla qurtarış, hansını bəyəndiniz?" sualının ünvanlandığı postda 26 yaşlı oyunçu ilə yanaşı, Danimarka "Kopenhagen"indən Kamil Qrabara, Sloveniya "Mura"sından Marko Zalokar və Almaniyanın "Union Berlin" komandasından Frederik Rönnovun "seyv"ləri də yer alıb.
Məhəmmədəliyevin VI turda İsveçrədə "Bazel"lə görüşdəki qurtarışı ön plana çıxarılıb.
Qeyd edək ki, qarşılaşma "Bazel"in 3:0 hesablı qələbəsi ilə bitib.
Four great saves Which was your favourite?
— UEFA Europa Conference League (@europacnfleague) December 10, 2021
Shakhrudin Magomedaliyev, Qarabağ
Kamil Grabara, Copenhagen
Marko Zalokar, Mura
Frederik Rønnow, Union Berlin@UKEnterprise | #UECLsaves | #UECL pic.twitter.com/GM5898m2qP