UEFA Mahir Emrelinin cəzasını açıqladı
Futbol
- 24 sentyabr, 2020
- 10:26
UEFA Millətlər Liqasında I turun Lüksemburqla ev matçında birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış Azərbaycan yığmasının futbolçusu Mahir Emreli ilə bağlı qərar qəbul edib.
UEFA-nın Media və İctimaiyyətlər Əlaqələr Departamentindən "Report"a verilən eksklüziv məlumata görə, 23 yaşlı hücumçu kobud oyunu ilə əlaqədar 2 oyunluq cəzalandırılıb.
Bu səbəbdən, Kiprlə səfər matçını buraxmış "Qarabağ"ın forvardı Monteneqroya qarşı oktyabrın 10-da səfərdə baş tutacaq növbəti görüşdə də meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0.
Son xəbərlər
06:32
DÇ-2026: İsveç - Tunis oyununda ikinci qol vurulub - YENİLƏNİR-2
Futbol06:18
Quterreş ABŞ və İran arasında sülh sazişini alqışlayıb
Digər ölkələr06:16
Fildişi Sahili - Ekvador matçının ən yaxşı oyunçusu açıqlanıb
Futbol05:44
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
Digər ölkələr05:28
Ərdoğan: ABŞ və İran arasındakı razılaşmanı alqışlayıram
Region05:05
DÇ-2026: Fildişi Sahili yığması Ekvadora qalib gəlib
Futbol04:37
"Brent" neftin qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşüb
Energetika04:22
"Mehr": ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir
Region03:58