UEFA erməniləri cəzalandırdı
Futbol
- 19 noyabr, 2020
- 07:43
UEFA Ermənistan Futbol Federasiyasını 10 min avro məbləğində cərimələyib.
"Report"un ERR telekanalına istinadən məlumatına görə, buna yığmanın Estoniyanın paytaxtı Tallində koronavirusla əlaqədar karantin qaydalarını pozması səbəb olub. UEFA Millətlər Liqasında Estoniya ilə görüşdən əvvəl Ermənistan millisinin futbolçuları və məşqçi heyəti erməni kilsəsinə baş çəkib. Bundan bir gün əvvəl isə komandanın rəsmilərindən birinin COVID-19 testi müsbət çıxıb. UEFA-nın "Return to Play Protocol" koronavirus qaydalarına əsasən, komanda üzvləri xüsusi hallar istisna olmaqla, hoteli tərk edə bilməzlər.
Cərimə 90 gün müddətində ödənilməlidir.
Qeyd edək ki, Estoniya - Ermənistan matçında qalib müəyyənləşməyib - 1:1.
Son xəbərlər
05:25
DÇ-2026: Braziliya Haiti ilə matçda fasiləyə 3 top öndə yollanıb - YENİLƏNİR-4
Futbol05:18
AP İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının ləğvinin səbəbini açıqlayıb
Digər ölkələr04:55
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
Digər ölkələr04:29
İsmael Saybari Şotlandiya - Mərakeş oyununun ən yaxşısı olub
Futbol04:03
İngiltərədə qatarların toqquşması nəticəsində bir nəfər ölüb, 89 nəfər yaralanıb - YENİLƏNİB
Digər ölkələr03:59
DÇ-2026: Mərakeş Şotlandiya üzərində qələbə qazanıb - YENİLƏNİB-4
Futbol03:30
"Axios": Rubio gələn həftə bir neçə Yaxın Şərq ölkəsinə səfər etməyi planlaşdırır
Digər ölkələr03:08
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Digər ölkələr02:39