UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Çelsi" ilə üz-üzə gələcək
Futbol
- 05 noyabr, 2025
- 09:00
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.
"Report"un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.
Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Köhlən atlar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub.
Son xəbərlər
10:49
Eldəniz Əzizli: "Aleksandr Tarakanov Azərbaycan millisinə gətirilmiş ən uğurlu baş məşqçidir"
Fərdi10:39
Türkiyə gəmisi Kerç boğazında saya oturub
Region10:33
Foto
İşğaldan azad edilmiş ərazilərdə 7 mindən çox LED işıqlandırma qurğusu quraşdırılıb
Energetika10:19
KOBİA: Sahibkarlar üçün daha 9 istiqamət üzrə daxili bazar araşdırması aparılıb
Biznes10:13
Prezident telekanallara müsahibəsində milli maraqlara söykənən qətiyyətli mövqeyini bir daha ortaya qoydu - RƏY
Daxili siyasət10:09
AMB yerli banklara kapitalını Bazel III standartlarına uyğunlaşdırmaq üçün 1 il vaxt verib
Maliyyə10:04
Azərbaycan Livan və Litvanın bəzi bölgələrindən ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyub
Sağlamlıq10:01
"Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub
Futbol09:51