UEFA Avropa çempionatlarından birini ləğv etdi
Futbol
- 20 oktyabr, 2020
- 19:18
19 yaşadək futbolçular arasında Avropa çempionatının elit və Şimali İrlandiyada keçirilməli olan final mərhələləri ləğv olunub.
"Report"un məlumatına görə, bu barədə qərarı UEFA İcraiyyə Komitəsi qəbul edib. Səbəb kimi Avropada hələ həll olunmayan epidemioloji situasiyada səfərlərlə bağlı çətinliklər göstərilib.
2019/2020 mövsümündə U-19 Avropa çempionatı 2021-ci ilin mayında keçirilməli olan U-20 dünya çempionatına təsnifat xarakteri daşıyırdı. Qitə birinciliyinin ləğvi ilə əlaqədar UEFA Avropaya ayrılan 5 yerin seçmə mərhələnin əmsallar reytinqində ilk 5 yerdə qərarlaşan ölkələrə verilməsini məqsədəuyğun sayıb. Bu səbəbdən, İngiltərə, Fransa, İtaliya, Niderland və Portuqaliya dünya çempionatına vəsiqə qazanıb.
Son xəbərlər
08:50
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.06.2026)
Maliyyə08:47
Naxçıvanda III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı keçirilir
Daxili siyasət08:38
Luis Dias Özbəkistan - Kolumbiya oyununun ən yaxşı futbolçusu olub
Futbol08:35
Fidan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin şərtlərindən danışıb
Region08:22
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:01
Kolumbiya DÇ-2026-ya Özbəkistan üzərində qələbə ilə başlayıb - YENİLƏNİB-6
Futbol07:38
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 113 milyard dolları ötüb
Digər ölkələr07:10
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
Digər ölkələr06:49