UEFA Almaniya klubunu cəzalandırıb
Futbol
- 29 oktyabr, 2021
- 11:07
UEFA Almaniyanın "Union Berlin" klubunu cəzalandırıb.
"Report"un məlumatına görə, buna İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda baş verənlər səbəb olub.
Berlin təmsilçisinin fanatları rəqib azarkeşlərə qarşı irqçi ifadələr işlədib. Bundan əlavə, hüquq-mühafizə orqanları İsrail bayrağının yandırılmasının qarşısını alıblar.
Avropa futbol qurumunun qərarına əsasən, Almaniya klubunun növbəti ev oyununda tribunalar qismən qapadılacaq. Stadionun 13 və 14-cü sektorları bağlanacaq və burada UEFAnın loqosu olan "No Racism" pankartı yerləşdirəcək.
Qeyd edək ki, qarşılaşma "Union Berlin"in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komanda IV turda Niderland "Feyenoord"unu qəbul edəcək.
Son xəbərlər
17:47
Azərbaycana turist axını 11 % azalıb
Turizm17:46
Foto
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib
Daxili siyasət17:43
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
Elm və təhsil17:38
Elçin Cəfərov: "Azərbaycan güləşinin zəngin tarixini araşdırıb gələcək nəsillərə çatdıracağıq"
Fərdi17:36
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
İKT17:35
"Reuters": İsrail və "Hizbullah" atəşkəslə bağlı razılığa gəlib
Digər ölkələr17:34
İsrailin milli təhlükəsizlik naziri fəallarla kobud davrandığı videonu silməyə məcbur edilib
Digər ölkələr17:26
DİM: Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir
Elm və təhsil17:23