UEFA Abbas Hüseynovun qolunu fərqləndirib
Futbol
- 25 oktyabr, 2021
- 08:31
UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda vurulan 4 qolu və həmin matçlarda qeydə alınan statistik göstəriciləri yayımlayıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Abbas Hüseynovun Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da bunların sırasında yer alıb.
Həmin videoxəbərə məhz 26 yaşlı müdafiəçinin fotosu qoyulub.
UEFA Ağdam təmsilçisinin qələbə sayəsində ardıcıl 16-cı matçda məğlub olmadığını və bunların 11-də qələbə qazandığını xatırladıb.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abbas Hüseynov 90+1-ci dəqiqədə qələbə qoluna imza atıb. O, qarşılaşmadan iki gün öncə dünyasını dəyişmiş nənəsinə görə göz yaşlarını saxlaya bilməyib.
Son xəbərlər
14:33
Pezeşkian: Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq
Region14:25
ABŞ-ın blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi İran limanına çatıb
Region14:16
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
Region14:02
Çimərliklərdə güclü külək olacaq
Ekologiya13:55
Sosial şəbəkələr deyil, nəzarətsizlik uşaqları təhlükəyə aparır - RƏY
Sosial müdafiə13:49
Foto
Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Daxili siyasət13:44
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
İnfrastruktur13:41
Orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirilib - YENİLƏNİB
Elm və təhsil13:33
Foto