Türkiyə klubu "Qarabağ"ın futbolçusu ilə danışıqlara başlayıb
Futbol
- 25 may, 2015
- 06:16
Bakı. 25 may. REPORT.AZ/ Türkiyə Super Liqasına 12 illik fasilədən sonra qayıtmağı hədəfləyən "Göztəpə" klubu "Qarabağ" komandasının futbolçusu Leroy Corcu transfer etmək istəyir. "Report"un "Sabah" nəşrinə istinadən verdiyi məlumata görə, Surinam əsilli hollandiyalı cinah oyunçusu baş məşqçi Mətin Diyadinin diqqətini cəlb edib.
Həm sağ, həm də sol cinahda oynamağı bacaran 28 yaşlı yarımmüdafiəçi ilə "Göztəpə" rəhbərliyi arasında ilkin danışıqların aparıldığı bildirilir.
Qeyd edək ki, "Göztəpə" gələn mövsüm Türkiyə I Liqasında mübarizə aparacaq. "Qarabağ" isə Azərbaycan Premyer Liqasının qalibidir.
Son xəbərlər
22:45
Tramp ABŞ və İran arasında razılaşmanın hələ də mümkün olduğunu bildirib
Digər ölkələr22:41
Foto
Göyçayda Şirvan suvarma kanalı yarılıb
Hadisə22:22
İtaliya İspaniya ilə vizasız rejimin tətbiqini dayandırıb
Digər ölkələr22:05
Foto
Türkiyə və Azərbaycan arasında bərpa olunan enerji mənbələri ilə bağlı layihələr müzakirə edilib
Region21:53
Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq
İnfrastruktur21:49
Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir
Digər ölkələr21:33
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
Digər ölkələr21:20
Cozef Aun: Bofort yaxınlığındakı partlayışlar İsraillə danışıqlara təhlükə yaradır
Digər ölkələr21:05