"Tottenhem"in futbolçusu əməliyyat olunub
Futbol
- 13 yanvar, 2026
- 17:40
"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur sağ dizaltı vətərindən əməliyyat olunub.
"Report" xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Uruqvaylı futbolçu Premyer Liqada "Bornmut"la keçirilən son oyunda zədələnib. Cərrahiyyə əməliyyatı uğurla başa çatan futbolçu "Tottenhem"in tibbi heyətinin nəzarəti altında reabilitasiya prosesinə başlayacaq.
Daha əvvəl 28 yaşlı yarımmüdafiəçinin apreldən tez yaşıl meydanlara qayıdacağının gözlənilmədiyi bildirlirdi.
Qeyd edək ki, "Tottenhem" hazırda Premyer Liqanın turnir cədvəlində 27 xalla 14-cü pillədə qərarlaşıb.
Son xəbərlər
23:37
Ceyhun Bayramov Əraqçi ilə danışıb: Bölgədə son gərginlik narahatlıq doğurur
Region23:32
Tramp FES-ə yeni sədrin namizədliyini növbəti həftə irəli sürəcək
Digər ölkələr23:23
Türkiyədəki neft emalı zavodunda partlayış baş verib
Region23:23
"Şaquli Qaz Dəhlizi" ölkələrinin enerji nazirləri gələn ay ABŞ-də görüşəcəklər
Energetika23:11
AEBA sabah Ukrayna üzrə növbədənkənar iclas keçirəcək
Digər ölkələr23:04
Türkiyənin baş diplomatı İsrailin İrana mümkün hücumunda əsas hədəfini açıqlayıb
Region23:01
Video
Abşeron Gənclər şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə22:59
Cənubi Muğan kanalına suyun verilişi müvəqqəti dayandırılıb
İnfrastruktur22:59