Toral Bayramov: "Bu elə bir oyundur ki, sözlə ifadə edə bilmirəm"
Futbol
- 17 sentyabr, 2025
- 10:13

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Benfika" üzərində səfər qələbəsini sözlə ifadə etmək çətindir.
"Report" xəbər verir ki, bunu Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.
Müdafiəçi "Benfika" üzərində qələbənin unudulmaz olduğunu söyləyib:
"Bu, "Qarabağ" tarixinin unudulmaz oyunlarından biri idi. Hesabda 0:2 geriyə düşdükdən sonra bəlkə də heç kim inanmırdı. Amma biz inanırdıq. İnanıram ki, davamı gələcək".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"nı üstələyib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.
Son xəbərlər
03:20
Messi gənclər arasında futbol turnirinin yaradıldığını elan edib
Futbol02:57
"Taliban" yaraqlıları yenidən Pakistan qüvvələrinə hücum edib
Digər ölkələr02:25
Britaniya PUA-lara qarşı mübarizədə Moldovaya kömək edəcək
Digər ölkələr01:56
Video
Qərbi Azərbaycan Xronikası: Bazar türk tayfasına mənsub olan Bazarkənd
Daxili siyasət01:44
Tramp Kirki ölümündən sonra "Azadlıq" medalı ilə təltif edib
Digər ölkələr01:34
Hindistanda avtobusda yanğın baş verib, azı 20 nəfər həlak olub
Digər ölkələr01:20
Foto
Türkiyə və Gürcüstan prezidentləri arasında görüş keçirilib
Region01:07
Tramp: Miley hakimiyyətdən getsə, Argentinaya maliyyə yardımını dayandıracağıq
Digər ölkələr00:49