Toni Adams "Qəbələ"də yeni vəzifəyə təyin olunub
Futbol
- 22 yanvar, 2015
- 14:59
Bakı. 22 yanvar. REPORT.AZ/ İngiltərə futbolunun əfsanəsi Toni Adams “Qəbələ” idman klubunda yeni vəzifəyə təyin olunub. "Report"un məlumatına görə, T.Adams bundan sonra klubda futbol direktoru vəzifəsində çalışacaq.
İngiltərə millisində və “Arsenal”dakı çıxışları ilə məşhurlaşan sabiq müdafiəçi bunadək "Qəbələ"də iki fərqli vəzifədə çalışıb. 2010-cu ilin yayında Azərbaycandakı fəaliyyətinə baş məşqçi kimi başlayan T.Adams 2011-ci ilin noyabrınadək “qırmızı-qaralar”ın “sükanı arxasında” olub. Bu müddətdə komandanı 47 rəsmi matça çıxaran mütəxəssis 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyət göstərib.
Son xəbərlər
06:03
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Energetika05:34
ABŞ 60 ölkəyə qarşı əlavə rüsumlar tətbiq edir
Digər ölkələr05:08
İranın bəzi şəhərləri ABŞ-nin hava hücumuna məruz qalıb
Region04:31
Tramp: Ticarət gəmilərinə dəyən zərər dondurulmuş İran aktivləri hesabına ödəniləcək
Digər ölkələr04:02
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
Xarici siyasət03:44
Şanlıurfada avtomobil dərəyə aşıb, sərnişinlər ölüb
Region03:15
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
Digər ölkələr02:48
SEPAH: ABŞ-nin "Tomahawk" raketi məhv edilib
Region02:20