Tomas Bax: "FİFA-nın problemləri prezident seçkisi ilə həll olunmayacaq"
Futbol
- 30 iyul, 2015
- 10:56
Bakı. 30 iyul. REPORT.AZ/ FİFA-nın problemləri təşkilata yalnız yeni prezidentin seçilməsi ilə həll olunmayacaq. "Report"un məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax deyib.
Almaniyalı funksioner ali futbol qurumunu şəffaf fəaliyyətə çağırıb: "İslahatlar aparılmalıdır. Xüsusilə təşkilatın strukturlarında. Habelə FİFA-nın fəaliyyətinin şəffaflığı yüksəldilməlidir".
FİFA-ya növbədənkənar prezident seçkisi 2016-cı il fevralın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək. Quruma 1998-ci ildən rəhbərlik edən Yozef Blatter seçkiyədək postunda qalacaq. Namizədlər oktyabrın 26-dək ərizələrini verə bilərlər.
Son xəbərlər
00:22
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
Region23:56
Suriyada mikroavtobusun partladılması nəticəsində iki nəfər ölüb, yaralılar var - YENİLƏNİB
Digər ölkələr23:43
İran Hörmüz boğazında ABŞ-nin hərbi hədəflərinə zərbə endirib
Region23:35
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirib
Futbol23:19
Sabah Sabunçu rayonunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika23:06
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
Region22:56
Foto
Video
UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Dinamo"ya minimal fərqlə uduzub - YENİLƏNİB-4
Futbol22:48
Gürcüstan XİN: Azərbaycanın müraciəti üzrə qanunvericiliyə uyğun tədbirlər görülür
Region22:27