"Qalatasaray" klubu Bakıya səfəri öncəsi cərimələndi
Futbol
- 16 sentyabr, 2020
- 05:32
Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray" klubunu 24 min TL (5 450 manat) məbləğində cəzalandırıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna İstanbul təmsilçisinin hazırlıq oyunlarında lisenziyasız futbolçu oynatması səbəb olub. Bu hal iki dəfə baş verib. İlk pozuntudan sonra TFF "sarı-qırmızılar"a xəbərdarlıqla kifayətlənibsə, ikincidə cərimələməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, "Qalatasaray" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. İstanbul klubu Bakıya bu gün gələcək.
Son xəbərlər
03:42
Qərbi Azərbaycan Xronikası: Ermənilər Qüytulu, Avan, Əkərək, Qaracalar kəndlərini xarabalığa çeviriblər
Daxili siyasət03:13
ABŞ İranda 3 000-dən çox hədəfə zərbələr endirib
Region02:39
İran səfiri son etirazlarda 32 min insanın öldürülməsi xəbərinə münasibət bildirib
Region02:26
Tramp: ABŞ-nin aparıcı müdafiə şirkətləri istehsalı 4 dəfə artıracaq
Digər ölkələr02:10
"Baku TV" İranın müdafiə və siyasi sistemindəki pərakəndəliyə diqqət çəkib
Xarici siyasət02:08
Ərdoğan bir sıra ölkələrə səfirlər təyin edib
Region01:48
Tramp: İranın təslim olması döyüş potensialını itirdikdə mümkündür
Digər ölkələr01:22
İranın səfiri: Naxçıvana PUA hücumu ilə bağlı ikitərəfli iş aparılmalıdır
Xarici siyasət01:13