Tanınmış mütəxəssis Misir millisinin baş məşqçisi təyin olunub
Futbol
- 08 sentyabr, 2021
- 16:08
Futbol üzrə Misir millisinin yeni baş məşqçisi müəyyənləşib.
"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın sükanı arxasına Karluş Keyruş təyin olunub.
Portuqaliyalı mütəxəssis bu vəzifədə Hossam El-Badrini əvəzləyib. Maraqlıdır ki, milli komanda sözügedən mütəxəssisin rəhbərliyi altında heç bir oyunda uduzmayıb - 5 qələbə, 4 heç-heçə. Yığma 2022-ci il dünya çempionatının seçmə mərhələsində ilk 2 turdan sonra 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Karluş Keyruş daha əvvəl Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, İran və Kolumbiya yığmalarına, həmçinin ölkəsində "Sportinq", İspaniyada "Real Madrid" kimi komandalara başçılıq edib.
Son xəbərlər
22:54
Sumqayıtda avtomobil yanaraq külə dönüb
Hadisə22:42
"Mançester Yunayted" bu mövsüm İngiltərədə ən çox qol şansı əldə edən komandadır
Futbol22:27
Ərdoğan Sudan liderinə humanitar böhranın aradan qaldırılmasında dəstəyini ifadə edib
Region22:16
Danimarkalı deputat Trampa "bir neçə ştatı almaq" hədəsi ilə cavab verib
Digər ölkələr22:12
Bədii gimnastika üzrə ikiqat ölkə çempionu 19 yaşında vəfat edib
Fərdi22:01
İranda yüksək keyfiyyətli benzinin qiyməti artıb
Region21:50
Video
Qərbi Azərbaycan Xronikası: Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar
Daxili siyasət21:34
Foto
Azərbaycan Atletika Federasiyasında hakimlər üçün seminara yekun vurulub
Fərdi21:25