Tanınmış futbolçu koronavirusdan sağaldı
Futbol
- 14 sentyabr, 2020
- 15:42
İspaniyanın "Real Sosyedad" komandasının yeni transferi David Silva koronavirusa qalib gəlib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu bu gün kollektivlə birlikdə məşq edib.
İspaniyalı oyunçunun sentyabrın 20-də La Liqanın II turunda "Real Madrid"lə ev matçında meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, 2019/2020 mövsümünün sonunda İngiltərə "Mançester Siti"sindən ayrılan David Silva "Real Sosyedad"a azad agent kimi keçib. Avqustun 31-də təqdimat mərasimi keçirilən futbolçuda koronavirus aşkarlandıqdan sonra o, 2 həftəlik karantinə alınmışdı.
Son xəbərlər
02:38
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
Digər ölkələr02:19
Tramp Netanyahunu İsraili İrana qarşı tək qoyacağı ilə hədələyib
Digər ölkələr01:52
Konqoda ebola virusundan ölənlərin sayı 100-ü keçib
Digər ölkələr01:11
Türkiyə XİN: Seçkidən sonrakı dövrdə Ermənistanın sülhlə bağlı daha cəsarətli addımlar atacağına ümid edirik
Region01:06
Zelenski Kişinyovda Uitkoff və Kuşnerlə danışıqlar aparıb
Digər ölkələr00:57
İran danışıqların irəliləməməsində ABŞ-ni günahlandırır
Region00:31
Rubio: ABŞ Vaşinqton sülh sammitinin məqsədlərinə sadiqdir
Digər ölkələr00:18
Giorgi Xaindrava: Ermənistan Azərbaycan və Gürcüstanla əməkdaşlıq qurmadan inkişaf edə bilməz
Xarici siyasət23:41