Tanınmış futbolçu Çin klubundan ayrılır
- 08 mart, 2021
- 06:32

Çinin "Dalyan İfan" klubunun futbolçusu Marek Hamşik İsveç "Göteborq"una keçəcək.
"Report"un məlumatına görə, bu barədə jurnalist Nima Tavallaey Roodsari şəxsi tvitter hesabında yazıb.
O, 33 yaşlı yarımmüdafiəçinin Göteborq hava limanından fotosunu dərc edərək martın 9-da eyniadlı klubla müqavilə bağlayacağını yazıb.
Qeyd edək ki, Marek Hamşik "Dalyan İfan"da 45 oyuna 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, İtaliya "Napoli"sinin oyun sayında (520) rekordçusudur və bombardirlər siyahısında (121 qol) ikincidir.
2020 mövsümündə "Göteborq" İsveç çempionatında 12-ci yeri tutub.
BREAKING
— Nima Tavallaey Roodsari (@NimaTavRood) March 7, 2021
Ex #Napoli captain Marek #Hamsik has landed in #Landvetter airport, Gothenburg.
Tomorrow he will sign his contract for #ifkgbg #Transfers #MarekHamsik pic.twitter.com/uf0hLU71c8