Tanınmış futbolçu Bundesliqa klubunun baş məşqçisi olacaq
Futbol
- 22 mart, 2021
- 10:13
Cari mövsümün sonunda baş məşqçisi Marko Roze ilə vidalaşacağı dəqiqləşən Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandasına kimin başçılıq edəcəyi müəyyənləşib.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisinin sükanı arxasına İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Xabi Alonso keçəcək.
Artıq tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilir.
Qeyd edək ki, futbolçu kimi "kral klubu"ndan başqa, İngiltərə "Liverpul"u və Almaniya "Bavariya"sında da çıxış etmiş 40 yaşlı veteran yarımmüdafiəçi məşqçilik karyerasına Madrid təmsilçisinin U-14 komandasında başlayıb. İspaniyalı mütəxəssisin son klubu "Real Sosyedad"ın əvəzedici kollektivi olub.
Son xəbərlər
21:08
Foto
Səlahiyyətli nümayəndə: Naxçıvanda kommunal xidmətlərin inkişafı dövlətin xüsusi diqqətindədir
Daxili siyasət20:53
Rusiya ordusu "Naftoqaz" İES və qaz infrastrukturunu hədəfə alıb
Digər ölkələr20:43
MEDİA Səməd Seyidovun adından paylaşılan "deep fake" videosu ilə bağlı açıqlama yayıb
Daxili siyasət20:33
Foto
Video
İstanbulda mikroavtobusun aşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Region20:21
Tayvan sahillərində 6,7 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr20:17
TÜRKPA ilə Türk Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Xarici siyasət19:53
Tramp ABŞ Ədliyyə Nazirliyini Epşteyn işi üzrə yeni materialları açıqlamağa çağırıb
Digər ölkələr19:43
Biləsuvardakı qəzada ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə19:32