Tanınmış baş məşqçi istefaya göndərilir
Futbol
- 10 fevral, 2021
- 16:49
Fransanın "Nant" klubunun baş məşqçisi Raymon Domenek istefaya göndəriləcək.
"Report" AFP-yə istinadən xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışıdır.
69 yaşlı mütəxəssis ötən ilin dekabrından Liqa 1 təmsilçisinə başçılıq edir. "Nant" onun rəhbərliyi altında keçirdiyi 8 oyunun 4-də heç-heçə edib, 4-də isə uduzub.
Həmçinin komanda "Lans"a 2:4 hesabı ilə uduzaraq Fransa kubokunda mübarizəni dayandırıb.
Təcrübəli baş məşqçinin "Nant"la müqaviləsi cari mövsümün sonunadəkdir. Onu bu vəzifədə Antuan Kambuere əvəzləyəcək.
Qeyd edək ki, Raymon Domenek 2004 - 2010-cu illərdə Fransa millisinə başçılıq edib. O, "xoruzlar"la 2006-cı il dünya çempionatının finalınadək irəliləyib.
Son xəbərlər
12:45
Foto
Azərbaycan və İordaniya XİN başçıları geniştərkibli görüş keçirib - YENİLƏNİB
Xarici siyasət12:44
Foto
Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib
Fərdi12:44
Foto
"Air de Lalique": Bakıda "Lalique" brendinin yeni kolleksiyası təqdim edilib
Biznes12:43
Yeni Klinikada pediatrik kardiocərrahiyyə üzrə əməliyyat sayı artırılacaq
Sağlamlıq12:40
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
Ekologiya12:36
Mariam Kvrivişvili: "Yaşıl Enerji Dəhlizi" regional əməkdaşlıq üçün möhkəm təməl yaradır"
Energetika12:34
Tramp İspaniya ilə bütün ticarətin dayandırılması barədə göstəriş verib
Digər ölkələr12:34
BDYPİ: Əkin sahələrində çalışan insanların qoşqularda daşınması ağır avtoqəzalara zəmin yaradır
Daxili siyasət12:30