"Sumqayıt" Türkiyə klubuna uduzub

Futbol
  • 26 iyul, 2023
  • 16:12
Sumqayıt Türkiyə klubuna uduzub

Yeni mövsümün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" sonuncu yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, "gənclik şəhəri" təmsilçisi qardaş ölkə çempionatının I Liqasında çıxış edən "Ərzurumspor"la qarşılaşıb.

"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt"ın hər üç qolunun müəllifi yeni transferi Erik Sorqa olub.