“Sumqayıt” - “Qarabağ” oyununun yeri dəyişdirilib
Futbol
- 21 sentyabr, 2017
- 07:39
Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirilib.
“Report” xəbər verir ki, sentyabrın 22-də baş tutacaq matç “Kapital Bank Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Görüş isə elə saat 19:00-da start götürəcək.
Dəyişikliyə səbəb sentyabrın 27-də Çempionlar Liqasının II turunda “Roma”nı qəbul edəcək “Qarabağ” futbolçularının Sumqayıtdakı süni örtüklü meydançada mümkün zədələrdən yayınmalarıdır. Bakı Olimpiya Stadionu da Respublika stadionu kimi təbii örtüklüdür.
Qeyd edək ki, VI turda meydan sahibi “Qarabağ” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında meydan sahibi kimi isə “Sumqayıt” klubu olacaq.
Son xəbərlər
23:20
KİV: ABŞ-İran danışıqları Hörmüz boğazına nəzarət məsələsində fikir ayrılıqlarına görə dalana dirənib
Region23:04
Netanyahu: İrana qarşı əməliyyat hələ başa çatmayıb
Digər ölkələr22:54
Edi Rama Albaniyanın Aİ-yə üzvlük prosesində durğunluq yarandığı iddialarını təkzib edib
Digər ölkələr22:39
"Bavariya" mövsümdə qolların sayına görə Almaniya çempionatının rekordunu qırıb
Futbol22:23
Livana endirilən zərbələrdə həlak olanların sayı 2 mini ötüb
Digər ölkələr22:05
KİV: İslamabadda ABŞ, İran və Pakistan arasında danışıqlar bərpa olunub - YENİLƏNİB-2
Region22:00
Premyer Liqa: "Araz-Naxçıvan"a qalib gələn "Neftçi" avrokubok zonasına bir qədər də yaxınlaşıb
Futbol21:41
Foto
Dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib
Fərdi21:39