"Sumqayıt" "Neftçi" ilə heç-heçə etdi
Futbol
- 01 noyabr, 2020
- 11:56
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib.
FIFA referisi Rauf Cabbarovun idarə etdiyi görüş qolsuz yekunlaşıb. 84-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Elvin Məmmədovun penalti zərbəsini qonaq komandanın qapıçısı Aqil Məmmədov dəf edib.
Bu nəticədən sonra xalını 15-ə çatdıran "Sumqayıt" 1-ci, 14-cü xalını qazanan "Neftçi" isə ikinci pillədə qalıb.
Qeyd edək ki, turun ilk 2 qarşılaşmasında "Qəbələ" "Sabah"ı 2:1 hesabı ilə yenib. "Zirə" - "Səbail" görüşündə isə qalib müəyyənləşməyib - 0:0.
Tura saat 16:00-da başlanacaq "Qarabağ" - "Keşlə" matçı ilə yekun vurulacaq.
Son xəbərlər
12:01
Sərdar Berdiməhəmmədov: Türkmənistan Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qalır
Mədəniyyət siyasəti11:59
Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır
Elm və təhsil11:45
Foto
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Elm və təhsil11:34
Mariyana Kuyundziç: Aİ və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzrə məhsuldar danışıqlar aparıb
Xarici siyasət11:32
Almaniya millisinin üzvü Lennart Karl dünya çempionatında iştirak etməyəcək
Futbol11:23
Krasnodar diyarında PUA zərbələrindən sonra neft bazası yanır
Digər ölkələr11:21
Rusiyanın Xerson vilayətinə zərbələri nəticəsində 6 nəfər ölüb, 30-a yaxın şəxs yaralanıb
Digər ölkələr11:20
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə başlayır
Komanda11:15