"Sumqayıt" klubu bir futbolçu ilə müqavilə müddətini artırıb
Futbol
- 29 dekabr, 2014
- 12:48
Bakı. 29 dekabr. REPORT.AZ/ "Sumqayıt" klubu müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə yeni müqaviləyə imza atıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqaviləsi 2014/2015 mövsümünün yekununda başa çatacaq sumqayıtlı futbolçu ilə 1 illik müqaviləyə qol çəkilib.
O, cari mövsümdə "Sumqayıt" forması ilə 15 qarşılaşmada ümumilikdə 1 021 dəqiqə meydanda olub. Bundan başqa, Sumqayıt təmsilçisi bir futbolçu ilə yollarını ayırıb. 21 yaşadək Azərbaycan millisinin qapıçısı Tərlan Əhmədli "Zirə"də çıxış edəcək.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü qolkiper mövsümün sonuna qədər adıçəkilən kluba icarəyə verilib.
Son xəbərlər
14:44
Şuşadan verilən mesajlar Bakı-Bratislava əməkdaşlığını yeni mərhələyə yüksəltdi - RƏY
Xarici siyasət14:44
Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib
Digər ölkələr14:43
Azərbaycanda 1 vəkil kollegiyadan xaric olunub, 4-ü cərimələnib
Daxili siyasət14:40
Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə14:35
"Azər-Türk Bank"ın xalis mənfəəti 50 %, kapitalı isə 12,8 % artdı
Maliyyə14:30
Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək
Digər ölkələr14:25
Azərbaycanda 6 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 277 minə yaxın şəxs qəbul edilib
Biznes14:24
Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
Elm və təhsil14:19