"Sumqayıt" klub prezidenti və baş məşqçiyə görə cərimələnib
Futbol
- 06 may, 2026
- 15:44
AFFA İntizam Komitəsi "Sumqayıt"ı klub prezidenti və baş məşqçiyə görə 10 min manat cərimələyib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "Kəpəz"ə qarşı Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.
Qarşılaşma bitdikdən sonra "gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olub. O, ikisi şərti olmaqla 5 oyunluq cəza ilə üzləşib. "Kimyaçılar"a buna görə 5 min manat cərimə tətbiq edilib.
Komandanın baş məşqçisi Saşa İliç də sözügedən qarşılaşmada birbaşa qırmızı vərəqə alıb. O, növbəti 2 görüşdə texniki zonada yer almayacaq və klub buna görə 5 min manat ziyana düşüb.
Son xəbərlər
12:45
Nazir müavini: "Heyvandarlıqda yeni subsidiya modelləri tətbiq ediləcək"
ASK12:40
Sabah 27 dərəcə isti gözlənilir
Ekologiya12:39
Qazaxıstan Parlamenti birpalatalı Qurultayın yaradılmasını təsdiqləyib
Region12:35
Foto
Köç karvanı Ağdam şəhərinə çatıb - YENİLƏNİB
Daxili siyasət12:35
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Dünya Seriyasında yarımfinala yüksəlib
Komanda12:33
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov: "Sabah" mövsüm ərzində möhtəşəm oyun nümayiş etdirib"
Futbol12:28
Foto
AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini müzakirə edib
Fərdi12:27
Bolqarıstan Parlamenti Rumen Radevin Baş nazir postuna namizədliyini təsdiqləyib
Digər ölkələr12:23