"Sumqayıt"ın legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Futbol
  • 10 noyabr, 2025
  • 14:07
Sumqayıtın legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

"Sumqayıt" klubunun futbolçuları Ronaldo Vaskez və Abdul Raşid Mumini ölkələrinin milli komandalarına dəvət alıblar.

Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisindən məlumat verilib.

R.Vaskez Dominikan Respublikası, A.R Mumini isə Benin yığmasına çağırılıb.

Qeyd edək ki, Dominikan Respublikası Martinika ilə yanaşı Sent-Vinsent və Qrenadinlə, Benin isə Burkina Faso ilə yoldaşlıq oyunu keçirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti