"Sumqayıt"ın futbolçusu 100-cü matçına çıxdı
Futbol
- 12 aprel, 2021
- 07:31
“Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, komandanın XXII turda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduğu görüşə təsadüf edib.
O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/2015 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını “Sumqayıt”da keçirib.
Son toplanışlarda Azərbaycan millisinə dəvət alan yarımmüdafiəçi klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb. Nəcəfova qədər Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olub.
Qeyd edək ki, Xəyal Nəcəfov 100 matçda 2 qol vurub. O, Azərbaycan millisinə də dəvət olunur.
Son xəbərlər
17:08
Faiq Hacıyev: "Turan Tovuz" doğmalaşıb, artıq özümə tovuzlu deyə bilərəm"
Futbol17:08
Foto
Mikayıl Cabbarov "Yüksəliş müsabiqəsi"nin qalibləri ilə görüşüb
İqtisadiyyat17:07
Avropa Komissiyası Macarıstana ayrılan milyardlarla avronun sərbəst buraxılma şərtlərini açıqlayıb
Digər ölkələr17:04
Marketlərdən lotoreya biletləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Hadisə17:01
Djedoviç-Xandanoviç: "Serbiya mayda Nişdə elektrik stansiyasının tikintisi şərtlərini təsdiqləyəcək"
Energetika16:50
Vuçiç: Serbiya və İsrail birgə dron istehsalına başlayacaq
Digər ölkələr16:47
Foto
Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti ilə birgə layihələri müzakirə edib
Fərdi16:47
Mirzoyan-Kallas görüşündə strateji tərəfdaşlıq gündəliyi və demokratik dayanıqlılıq müzakirə olunub
Digər16:47