"Sumqayıt" ilk transferini gerçəkləşdirdi
Futbol
- 14 iyun, 2021
- 10:25
2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" mövsümlərarası fasilədə ilk futbolçu keçidini gerçəkləşdirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi əvvəllər də bu komandanın şərəfini qorumuş müdafiəçi Yusif Nəbiyevlə 1+1 illik müqavilə imzalayıb.
23 yaşlı cinah oyunçusu "Sumqayıt"da 74 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, son klubu "Qəbələ" olan Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında "Sumqayıt"da oynayıb. Ümumilikdə 39 oyuna 4 qol vuran müdafiəçi "Zirə"nin (7 oyun) uğurları üçün də çalışıb. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.
Son xəbərlər
17:32
Azərbaycanda siqaret istehsalı 20 %-ə yaxın artıb
Sənaye17:26
İran yenidən Hörmüz boğazını bağlayıb
Digər ölkələr17:21
Foto
İordaniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
Xarici siyasət17:16
"Zirə" Ayron Qomislə yollarını ayırıb
Futbol17:10
Azərbaycanda ötən gün axtarışda olan 148 nəfər tapılıb
Hadisə16:43
Urmiya gölündə suyun həcmi 18 dəfə artıb
Region16:40
Budanov Varşavanın Zelenski ilə bağlı qərarına etiraz olaraq Polşanın dövlət mükafatından imtina edib
Digər ölkələr16:32
"Neftçi" braziliyalı futbolçu Qustavo Klismanla müqavilə imzalayıb
Futbol16:22