"Spartak" Ayaz Quliyevlə bağlı qərarını verdi
Futbol
- 11 yanvar, 2021
- 21:30
Rusiyanın "Spartak" klubu əslən azərbaycanlı futbolçusu Ayaz Quliyevə mövsümün ikinci hissəsi üçün əsas komandada hazırlıq keçməsinə razılıq verməyib.
"Report"un "RB Sport"a istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi yenə "Spartak-2"nin heyətində məşq edəcək. O, 2020-ci ilin mayında məşqçilər heyəti ilə münaqişə üzündən əvəzedici heyətə göndərilib. Daha sonra zədədən bərpa dövrü keçən Quliyevin qış toplanışına ikinci komanda ilə göndərilməsi qərara alınıb.
Hazırda istedadlı oyunçuya icarə və ya transfer təklifi yoxdur. Lakin belə bir maraq olacağı təqdirdə, o, qış fasiləsindəcə klubunu tərk edə bilər. Məşqçilər heyəti Quliyevin xidmətində maraqlı deyil.
Son xəbərlər
17:54
"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
Fərdi17:54
Naxçıvan iqtisadiyyatı 4 % böyüyüb
Maliyyə17:53
Foto
MEDİA-da Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
Media17:53
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət U-19 millisi ikinci oyunda da məğlub olub
Futbol17:52
Gideon Saar: "Hizbullah" İsrail və Livan arasında əsas maneədir
Digər ölkələr17:50
ADB indiyə qədər Azərbaycanda 145 layihəni maliyyələşdirib
Maliyyə17:46
Ermənistanı Antalyada ADF2026-da Vahan Kostanyan təmsil edəcək
Region17:44
"AFB Bank"ın mənfəəti 2 dəfə azalıb
Maliyyə17:41