Sloveniya klubunun futbolçusu: "Həm fiziki, həm də taktiki cəhətdən "Sabah"la oyuna hazırıq"
Futbol
- 09 iyul, 2025
- 18:56
Sloveniyanın "Sele" komandası həm fiziki, həm də taktiki cəhətdən "Sabah"la matça hazırdır.
"Report" xəbər verir ki, bunu rəqibin futbolçusu Mark Zabukovnik "Sabah"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından öncə mətbuat konfransında deyib.
O, qələbə qazanmağa çalışacaqlarını söyləyib:
"Həm fiziki, həm də taktiki cəhətdən yeni mövsümə hazırıq. Həmçinin də qarşıdakı oyunlara. Komandada ab-hava yaxşıdır. Oyuna tam hazır olduğumuzu düşünürəm. Bir-birimizi yaxşı tanıyırıq. Qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, "Sabah" Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Sele" klubu ilə üz-üzə gələcək. İlk görüş iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq. Cavab matçı iyulun 17-də keçiriləcək.
Son xəbərlər
01:05
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib - YENİLƏNİB
Region01:00
Foto
DÇ-2026: Fransa Norveçi Dembelenin qolları ilə məğlub edib - YENİLƏNİB-6
Futbol00:53
Foto
DÇ-2026: Seneqal - İraq matçında beşinci qol vurulub - YENİLƏNİR-6
Futbol00:13
"Neftçi" slovakiyalı hücumçunu transfer edib
Futbol00:10
Burkina Faso Fransa ilə diplomatik əlaqələrini kəsib
Digər ölkələr23:47
Konqoda Ebolaya yoluxan və xəstəlikdən ölənlərin sayı çoxalıb
Digər ölkələr23:28
Livan və İsrail arasında çərçivə sazişi imzalanıb
Digər ölkələr23:16
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
Hadisə23:02