"Sevilya"nın yeni baş məşqçisi bəlli olub
Futbol
- 06 oktyabr, 2022
- 08:33
İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi bəlli olub.
"Report" xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, komanda argentinalı Xorxe Sampaoliyə tapşırılıb. 62 yaşlı mütəxəssis ilə iki illik müqavilə imzalanacaq. O, bu postda Xulen Lopetegini əvəzləyib.
Qeyd edək ki, Xorxe Sampaoli daha əvvəl də bu komandaya başçılıq edib. "Sevilya" 2016/2017 mövsümündə onun rəhbərliyi ilə La Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Argentinalı mütəxəssis son olaraq Fransada "Marsel"in baş məşqçisi olub.
Son xəbərlər
11:23
İspaniyada yanğınlara görə 116 mindən çox şəxs təxliyə edilib
Digər ölkələr11:11
İlham Əliyev: Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir
Xarici siyasət11:01
Pərvin Piriyev: "Güləş Azərbaycan üçün təkcə idman növü deyil, həm də milli kimliyimizin bir parçasıdır"
Fərdi10:52
Rusiyanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər həlak olub, 24 nəfər xəsarət alıb
Digər ölkələr10:46
Mark Hakef: "Memorandum Azərbaycan-ABŞ münasibətlərinin inkişafına töhfə verəcək"
Fərdi10:41
Foto
Kürdəmirdə zəncirvari yol qəzası olub, iki nəfər xəsarət alıb
Hadisə10:38
Foto
AGF ilə ABŞ-nin "Sülh naminə güləş" təşkilatı arasında memorandum imzalanıb
Fərdi10:36
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb
Ekologiya10:25