Serxio Ramos İspaniya klubunun prezidenti ola bilər
Futbol
- 02 yanvar, 2026
- 10:54
İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos "Sevilya" klubunun prezidenti ola bilər.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi La Liqa təmsilçisini almaq üçün təklif irəli sürüb.
"Sevilya"nın ABŞ fondu ilə danışıqları uğursuzluqla nəticələnib və bu da səhmlərin qiymətinin düşməsinə səbəb olub. Hazırda ən böyük məbləği Ramosun təklif etdiyi deyilir.
Qeyd edək ki, Serxio Ramos "Sevilya"nın yetirməsidir. O, 2004/2005 və 2023/2024 mövsümlərində əsas komandada çıxış edib. Karyerasında "Real" və Fransanın PSJ komandalarında da oynamış müdafiəçi son olaraq Meksikada "Monterrey"in formasını geyinib.
Son xəbərlər
15:55
Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr15:44
İran İsrailə zərbələri dayandırıb
Digər ölkələr15:42
Foto
Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da iştirak edəcək
Fərdi15:42
Foto
Ümumdünya Ətraf Mühit Günündə "Global Media Group"un dəstək verdiyi layihələrin təqdimatı olub
Ekologiya15:41
Energetika Nazirliyi: Mayda bərpa olunan enerji mənbələrinin payı 33 % olub
Energetika15:37
Foto
Azərbaycan və Vyetnam cinayət işləri üzrə qarşılıqlı yardım haqqında müqavilə layihəsi hazırlayıb
Daxili siyasət15:35
Milli Məclisin komitəsi sabah 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini müzakirə edəcək
Milli Məclis15:31
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq
Milli Məclis15:27