"Səbail" Vüsal Əliyevin keçidini reallaşdırıb

Futbol
  • 07 iyul, 2026
  • 15:44
Səbail Vüsal Əliyevin keçidini reallaşdırıb

"Səbail" növbəti futbolçu keçidini reallaşdırıb.

Bakı klubundan "Report"a verilən məlumata görə, Vüsal Əliyev komandaya qoşulub.

Son olaraq "Şahdağ Qusar"da çıxış etmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.